Yevlaxda ağır qəza - ölən və xəsarət alanlar var

14:09 - 9 Oktyabr 2022 - HADİSƏ

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti