4 tələbə qız qidadan zəhərlənib

19:30 - 8 Oktyabr 2022 - HADİSƏ

Bakı Dövlət Universitetinin 4 tələbəsi qidadan zəhərlənib.

Onlar zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə gətirilib.
KTM-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, 4 nəfərdən biri artıq evə buraxılıb.

Onun sözlərinə görə, yerdə qalan 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib: "Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır. Tələbələrin özlərinin dediyinə görə, dünən saat 16.30 radələrində universitetin qarşısında suşi yeyiblər və suşidən zəhərləndikləri ehtimal olunur. Tələbələrin hamısı qızdır".

Xəbər xətti