Narkotik alveri edən 81 cinayətkar qrup zərərsizləşdirilib

18:58 - 8 Oktyabr 2022 - HADİSƏ

Narkotiklə əlaqəli 7 344 fakt üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər orqanları əməkdaşları tərəfindən 2022-ci ilin səkkiz ayında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqəli 7 344 fakt aşkarlanıb. Bu faktlar üzrə 5 309 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 160 nəfəri qadındır.

Tədbirlərlə 215 nəfərdən ibarət 81 cinayətkar qrup zərərsizləşdirilərək qeyri-leqal dövriyyədən 2 ton 856 kq narkotik vasitə və 291 kq psixotrop maddə çıxarılıb.

Xəbər xətti