Ağdamda minaya düşən şəxlərin adları açıqlanıdı

18:37 - 8 Oktyabr 2022 - HADİSƏ

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti Ağdamda baş verən mina partlayışı ilə əlaqədar məlumat yayıb

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, partlayış təmizlənməmiş ərazidə qeydə alınıb.

Hadisə nəticəsində Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Əliyev Ramin Əmir oğlu və Ağstafa rayon sakini, 1986-cı il təvəllüdlü Nəcəfov Pərviz Sozalı oğlu xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərin hər ikisinin bir ayağı diz nahiyəsindən amputasiya edilib.

ANAMA bir daha vətəndaşları müəyyən olunmuş marşrutlardan kənara çıxmamağa, məsuliyyətli və diqqətli davranaq təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

Xəbər xətti