İyirmi gün əvvəl qəza törədən 16 yaşlı oğlan vəfat etdi

16:31 - 8 Oktyabr 2022 - HADİSƏ

Cəlilabadda 20 gün əvvəl avtomobili aşıraraq qəzaya düşən yeniyetmə xəstəxanada ölüb.

“Report”un məlumatına görə, sentyabrın 17-də rayonun Sərhədabad kəndində 2006-cı il təvəllüdlü Amin Sərhədov “Lada Priora” markalı minik avtomobilini aşırıb.

Ağır xəsarət alan yeniyetmə Bakıdakı xəstəxanalardan birinə aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti