Goranboyda iki avtomobil toqquşub

15:24 - 8 Oktyabr 2022 - HADİSƏ

Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü N.Həsənova və daha bir neçə nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti