Avtomobildən 31 min 500 manat oğurlanıb

10:53 - 8 Oktyabr 2022 - HADİSƏ

Bakıda maşından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti