Şabranda avtomobil piyadanı vuraraq öldürüb

10:28 - 8 Oktyabr 2022 - HADİSƏ

Şabranda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, oktyabrın 8-də saat 1 radələrində Şabran rayonunun Dəvəçikənd kəndi ərazisində rayon sakini O.Əlicanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti