"Ölkə üzrə 8 sanitar poliqonun qurulması nəzərdə tutulub" - Mehman Nəbiyev

21:07 - 7 Oktyabr 2022 - ÖLKƏ İÇİ

Regionlarda tullantıların idarə olunması üçün paytaxtda olan müasir sanitar poliqonlar yoxdur. Həmin poliqonlar Sovet dövründən qalıb və istismar müddətini başa vurub. Bu da bizim tələblərimizə cavab vermir. Həmin poliqonları paytaxtda olan sanitar poliqon səviyyəsinə çatdırmaqla əlaqədar Dünya Bankı tərəfindən qiymətləndirmələr aparılıb. Qiymətləndirmənin nəticələrinə görə ölkə üzrə 38 poliqon və 38 ötürücü məntəqənin qurulması nəzərdə tutulub.

Ucnoqta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev nazirliyin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

M.Nəbiyev bildirib ki, bu işlərin üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlkin mərhələdə Abşeron regional poliqonunun payına düşən rayonların – Sumqayıt şəhəri, Xızı, Qobustan və Abşeron rayonlarının ərazisində müasir tələblərə cavab verən sanitar poliqonun və ya ötürücü məntəqənin yaradılması ilə bağlı təkliflər hazırlanır.

Xəbər xətti