Ağcabədidə minik avtomobili yanıb

19:43 - 7 Oktyabr 2022 - HADİSƏ

Ağcabədi rayonunun İmamqulubəyli kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti