Biləsuvarda ağır qəza - ölən var

14:48 - 7 Oktyabr 2022 - HADİSƏ

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilən 5 saylı qəsəbədə qeydə alınıb. 23 yaşlı Əliyev Fuad Ələmdar oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatı edərkən əks yola çıxıb. Bu zaman qəsəbə ərazisi daxili yola dönən 40 yaşlı Babayev Xalid Sədrəddin oğlunun idarə etdiyi "KaMAZ" markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilinin sərnişini, 17 yaşlı Məhərrəmov Alişan Vidadi oğlu aldığı xəsarətlərdən Şirvan şəhər Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti