Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.
İdarədən Ucnoqta.az-a bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində oktyabrın 7-də saat 9:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.
13:21
Gəncə şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri arasında zəhərlənmə olub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, məktəbin 6 şagirdi zəhərlənib.
Gəncə-Daşkəsən Regional Təhsil İdaərinsən faktı təsdiqləyiblər.
İctimaiyyətə əlavə məlumat veriləcək.
TƏBİB-dən bildirilib ki, bu gün saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub. İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda iki nəfərin müalicəsinə tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edilir, vəziyyətləri orta stabildir