Sumqayıtda qadın 5 yaşlı qızın sırğasını oğurladı

10:37 - 7 Oktyabr 2022 - HADİSƏ

Sumqayıtda 5 yaşlı qızın qızıl sırğası oğurlanıb.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

 

Xəbər xətti