Bu gün MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

09:56 - 7 Oktyabr 2022 - Xəbər

Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, MDB dövlət başçılarının görüşü Strelnada yerləşən Konstantinovski sarayında baş tutacaq.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu, görüş gələn həftə Astanada keçirilməsi planlaşdırılan MDB Dövlət Başçıları Şurasının iclasına hazırlıq baxımından mühüm hadisə olacaq.

Xəbər xətti