Bakıda 40 yaşlı kişi intihar etdi

09:20 - 7 Oktyabr 2022 - HADİSƏ

Bakıda 40 yaşlı kişi intihar edib.

"Report"un əldə etdiyi məlumata görə, hadisə oktyabrın 6-da paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 1982-ci il təvəllüdlü Elmir Əmrəliyev yaşadığı evin giriş qapısının qarşısında özünü asıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti