Yunan azarkeşlər azərbaycanlılara hücum etdi

22:51 - 6 Oktyabr 2022 - HADİSƏ

Avropa Liqasının qrup mərhələsində Bakı vaxtı ilə saat 23:00-da başlayacaq “Olimpiakos” (Yunanıstan) – “Qarabağ” matçından öncə insident yaşanıb.

Ucnoqta.az xəbər verir ki, Yunanıstan klubunun bir qrup fanatı “Qarabağ”ın 20-yə yaxın azarkeşinə hücuma cəhd edib. Polisin müdaxiləsindən sonra yerli fanatlar sakitləşdirilib. Polis gözyaşardıcı qazdan istifadə edib.

“Qarabağ” klubunun müdaxiləsindən sonra Azərbaycan təmsilçisinin azarkeşləri təhlükəsiz sektora yerləşdirilib.

Xəbər xətti