Daha bir direktorun rüşvət alması ilə bağlı səs yazısı YAYILDI - AUDİO

21:11 - 5 Oktyabr 2022 - Cəmiyyət

Daha bir direktorun rüşvət alması ilə bağlı səs yazısının yayıldığı iddia olunur. 

Ucnoqta.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, iddiaya görə, Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyeva ad gününə görə şagirdlərdən rüşvət toplayıb.

Həmçinin direktorun keçən il məktəbdə hicablı şagirdin başından zorla hicabını çıxatdığına görə də gündəmə gəldiyi vurğulanır.

Məsələ ilə bağlı 1 nömrəli məktəbdən lent.az-a bildirildi ki, iddiaların hamısı cəfəngiyatdır və yalandır.

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova isə məsələ ilə bağlı araşdırma aparıldığını qeyd edib:

"Bu səs çox gümanki ötən ilə aiddir. Deyirlər ki, direktorun xəbəri olmayıb. Bu pul yığma ya müəllimin, ya da valideynin öz təşəbbüsü olub. Bütün hallarda araşdırma aparılır".

Xəbər xətti