Azərbaycanda 16 yaşlı qız 40 yaşlı kişiyə zorla ərə verilib?

10:12 - 5 Oktyabr 2022 - Cəmiyyət

Sabirabad rayonunda yeniyetmənin babası tərəfindən zorla ərə verilməsi barədə iddia yayılıb.

Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat daxil olub.

İddia edilir ki, rayonun Qaraağac kənd sakini Elnarə adlı qız (şərti ad) Elnur (şərti ad) adlı 40 yaşlı kişiyə ərə verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib ki, məsələ ilə bağlı yerli polis orqanı tərəfindən müvafiq araşdırmalar aparılır.

 

Xəbər xətti