Bu gün hava necə olacaq?

Oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 17-20° isti, gündüz 25-29° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 26-28° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Tarix
5 Oktyabr 2022 [08:58]
Müəllif
Üç nöqtə
2022-10-05 08:58:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin