“Respublikanski”də ana və körpəsi doğuşdan sonra öldü

10:25 - 4 Oktyabr 2022 - HADİSƏ

Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüblər.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib.

Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti