Qaxda piyadanı vurub qaçan sürücü saxlanıldı

09:42 - 4 Oktyabr 2022 - HADİSƏ

Qaxda piyadanı vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.

APA-nın məlumatına görə, rayonun Turaclı kəndində piyadanı vurub hadisə yerindən qaçan sürücü rayonun Marsan kənd sakini Qalib Cumayev Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb.

Qeyd edək ki, ötən gün Q. Cumayev idarə etdyi “Tofaş” markalı minik avtomobili ilə rayonun Turaclı kəndində, kənd sakini 63 yaşlı Bayram Əliş oğlu Nəzərəliyevi vurub hadisə yerindən qaçmışdı. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan B. Nəzərəliyevin müalicəsi Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Xəbər xətti