Zakir Həsənovla İran Baş Qərargah rəisinin telefon danışığı oldu

19:55 - 3 Oktyabr 2022 - Xəbər

Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri arasında telefon danışığı olub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Xəbər xətti