Jurnalist Jalə Mütəllimova AzTV-də işə başlayıb.
Ucnoqta.az xəbər verir ki, jurnalist AzTV-də "Xəbərlər" redaksiyasının baş redaktor müavini təyin edilib.
Qeyd edək ki, Jalə Mütəllim qızı Mütəllimova 1976-cı ildə Azərbaycan Respublikası, Zərdab şəhərində anadan olub. Zərdab şəhər 1 nömrəli orta məktəbini bitirib. Azərbaycan Dövlət Dillər Universitetinin ölkəşünaslıq, Azrbaycan dili və Ədəbiyyatı fakültəsinin məzunudur. 1993-cü ildən ali təhsilə paralel Azərbaycan Demokratiyanın İnkişafı Fondunun Sosioloji Sorğu Mərkəzində və müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib.
Ailəlidir, üç övladı var.