Bakıda avtomobildən 8400 manat pul oğurlanıb

11:15 - 3 Oktyabr 2022 - HADİSƏ

Bakıda avtomobildən 8400 manat pul oğurlanıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində İsmayıllı rayon sakini Ruslan Teymurova məxsus “Toyota” markalı avtomobildən tanışına məxsus 8400 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğun həmin avtomobilin sahibi R.Teymurov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti