Şüvəlanda açıq ərazidə məişət tullantıları yanır

15:55 - 2 Oktyabr 2022 - HADİSƏ

Şüvəlan qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Xəbər xətti