Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, “VAZ-2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir. Onların hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.