"İncik ruhundan üzr istəyirəm!" - Flora Kərimova

15:59 - 30 Sentyabr 2022 - MAQAZİN

"Sənin istedadın fərqliliyin, fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə ilk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…”

Ucnoqta.az xəbər verir ki, Xalq artisti Flora Kərimova bu gün vəfat edən müğənni Rəhim Rəhimli ilə bağlı paylaşım edib.

O, R. Rəhimlinin bəstəsini oxumadığı üçün müğənninin ruhundan üzr istəyib: "Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgilli ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm! Allah sənə rəhmət eləsin, Rəhim! Məkanın behişt olsun!


Xəbər xətti