Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, sentyabrın 29-da saat 10 radələrində Yevlax rayonunun Səmədabad kəndi ərazisində Goranboy rayon sakinləri Z.Cəfərovun idarə etdiyi “Mercedes” və N.Kazımovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillər toqquşub. Nəticədə N.Kazımovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Yevlax rayon sakini Valeh Kərimli orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.