Biləsuvarda avtomobil azyaşlı uşağı vurub

08:06 - 30 Sentyabr 2022 - HADİSƏ

Biləsuvar rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İsmətli kəndində avtomobil yolu keçən 2018-ci il təvəllüdlü Nəbiyev Məhəmməd Amil oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti