Fövqəladə Hallar Nazirliyinin (112) qaynar xətt telefonuna Novxanı qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlər ünvana çatdıqdan sonra yanğının "Spring" Hotelin yardımçı tikilisinin hamam və sauna bölməsində baş verdiyi məlum olub. Binadakı şəxslər təxliyə olunub, xəsarət alan yoxdur.
Yanğından mühafizə qüvvələrinon operativ müdaxiləsi nəticəsində alovun otelin əsas binasına keçməsinin qarşısı alınıb, otel binası yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
21:12
Abşeron rayonunda “Spring” hoteldə yanğın olub.
APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın məhdudlaşdırılıb.
Hazırda soyutma işləri gedir.
20:31
Abşeron rayonunun Novxanı kəndində yerləşən hoteldə yanğın başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.