İsveç Sahil Mühafizəsi Baltik dənizinin dibində "Şimal axını" qaz kəməri sistemində daha bir - ardıcıl dördüncü - sızma aşkar edib.
Ucnoqta.az xəbər verir ki, Aİ və Rusiya hakimiyyəti sızmaların təxribatın nəticəsi olduğunu ehtimal edir, lakin hazırda mümkün cinayətkarların adını çəkmirlər.
İsveçin “Aftonbladet” və “Svenska Dagbladet” nəşrlərinin məlumatına görə, dördüncü sızıntının yeri İsveçin eksklüziv iqtisadi zonasında yerləşir. Oradakı qaz kəmərinə dəyən ziyanın miqyası, görünür, əvvəllər aşkar edilmiş üç sızma ilə müqayisədə bir qədər kiçikdir. Bildirildiyinə görə, qaz diametri təxminən 200 metr olan sahədə dənizin səthinə çıxır. Söhbət “Şimal axını 2” qaz kəmərindən sızmadan gedir.
“Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinə dəyən ziyan bazar ertəsi məlum olub. Dəymiş ziyan külli miqdarda qiymətləndirilir. Seysmoloqlar sızmaların olduğu ərazidə iki və ya üç partlayış olduğunu bildirdilər. Almaniya, Danimarka və İsveç səlahiyyətliləri hadisəni təxribat kimi araşdırır. Rusiyada da cinayət işi açılıb.
Pünhan