Ağstafada X sinif şagirdi məktəbdə qəflətən ölüb

11:41 - 29 Sentyabr 2022 - HADİSƏ

Ağstafada X sinif şagirdi məktəbdə qəflətən ölüb.

Hadisə şəhərin 1 nömrəli tam orta məktəbində qeydə alınıb.

Belə ki, rayon sakini, 2007-ci il təvəllüdlü Fariz Qasımovun tənəffüsdə halı pisləşib. Daha sonra o, xəstəxanaya aparılıb. Lakin məktəblinin öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti