Lənkəranda axund məsciddə namaz qılarkən bıçaqlandı

10:58 - 29 Sentyabr 2022 - HADİSƏ

Lənkəranda axund bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Lüvəsər kənd məscidində baş verib. Kəndin axundu, 1985-ci il təvəllüdlü Taleh Elman oğlu Əliyev sübh namazı qılarkən, həmin kəndin sakini Çingiz Əlizadə ona çoxsaylı bıçaq zərbələri endirib. İlkin ehtimala görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti