Bakıda yol polisini maşın vurdu

10:26 - 29 Sentyabr 2022 - HADİSƏ

Bakıda yol polisini avtomobil vurub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Ucnoqta.az-a bildirib ki, hadisə bu gün səhər saatlarında paytaxtın Neftçilər proskpektində qeydə alınıb.

Polis serjantı Ramin Ağamalıyev ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub. Yaralı dərhal Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib, vəziyyəti normaldır.

 

Xəbər xətti