Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü

10:07 - 29 Sentyabr 2022 - HADİSƏ

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Zarağan kəndində qeydə alınıb.

Cahandar Ağababayevin idarə etdiyi "Ford" markalı avtomobil yolu keçmək istəyən Mirzəsöyün Cəlilovu vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq piyada xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.///apa

Xəbər xətti