Paytaxtda 13 və 14 yaşlı 2 qız itkin düşdü

09:16 - 29 Sentyabr 2022 - HADİSƏ

Bakıda 13 yaşlı və 14 yaşlı qız uşaqları itkin düşüb.

Ucnoqta.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan başqa 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayon ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami rayon Polis İdarəsində araşdırma gedir.///Apa

Xəbər xətti