Şəmkirdə məktəbliləri maşın vurdu

21:05 - 28 Sentyabr 2022 - HADİSƏ

Şəmkirdə 3 piyadanı avtomobil vurub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və  1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub.

Hər 3 piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.///qafqazinfo

Xəbər xətti