“WhatsApp”dan yeni funksiya

14:55 - 28 Sentyabr 2022 - MARAQLI

“Whatsapp” üçün “Call Links” adlı yeni funksiya təqdim olunub. 

Ucnoqta.az xəbər verir ki, artıq linklər vasitəsilə istifadəçilər tətbiqdəki qrup audio və videozənglərinə dəvət etmək imkanı yaranacaq. 

İstifadəçilər xüsusi hazırlanmış linki yaxınlarına və ailə üzvlərinə göndərə biləcəklər. Link göndərilənlər isə onun vasitəsilə messencer daxilindəki qrup audio və videozənginə qoşulacaqlar.

Hazırda funksiya hamı üçün aktiv deyil. Ancaq gələn həftədən yenilik istifadəçilər üçün əlçatan olacaq. 

Qeyd edək ki, buna oxşar funksiya “Zoom” və “Google Meet” tətbiqlərində var. ///lent.az


Xəbər xətti