Şirvanda fəaliyyəti dayanan zavodda yanğın olub

18:01 - 27 Sentyabr 2022 - HADİSƏ

Şirvan şəhərində Şirvan Nərə Balıqartırma Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində ümumi sahəsi 180 m² olan anbarın tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti