Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub

09:03 - 27 Sentyabr 2022 - HADİSƏ

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti