Gəncədə minik maşını motosikletlə toqquşub, xəsarət alanlar var

17:43 - 26 Sentyabr 2022 - HADİSƏ

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan minik maşınının motosikletlə toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Tural Baxışov və 1996-cı il təvəllüdlü Elşən Balayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti