Bu gün Azərbaycan yığması Qazaxıstan millisi ilə qarşılaşacaq

09:16 - 25 Sentyabr 2022 - İDMAN

Futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Ucnoqta.az xəbər verir ki, Canni De Byazinin baş məşqçilik etdiyi milli komanda Qazaxıstan yığmasını qəbul edəcək.

"Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi almaniyalı Harm Osmers olacaq.


UEFA Millətlər Liqası

Qrup mərhələsi, VI tur

20:00. Azərbaycan - Qazaxıstan

Hakimlər: Harm Osmers, Robert Kempter, Dominik Şaal, Martin Petersen (Almaniya)

Bakı, "Dalğa Arena" stadionu

Xəbər xətti