“Pfizer”in rəhbəri təkrar koronavirusa yoluxub

08:47 - 25 Sentyabr 2022 - DÜNYA

“Pfizer” əczaçılıq şirkətinin rəhbəri Albert Burla təkrar koronavirusa yoluxub. APA-nın xəbərinə görə, bu barədə Burla özünün Tvitter hesabında yazıb. “Mənim Covid-19 testimin nəticəsi müsbətdir. özümü yaxşı hiss edirəm, heç bir simptom yoxdur” – deyə o, bildirib. Burla bildirib ki, avqustda da koronavirusa yoluxub. Müəyyən zaman keçmədiyi üçün buster doza qəbul edə bilməyib.

Xəbər xətti