Abşeron rayonunun Digah qəsəbəsində ümumi sahəsi 45 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının, dəhlizinin və dam örtüyünün yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.