Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

16:19 - 24 Sentyabr 2022 - HADİSƏ

Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki VAZ-2107 markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri - 20 yaşlı Rəşidə Rəcəbova və 18 yaşlı Süleyman Rəcəbov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.///report


Xəbər xətti