Ağdaş xəstəxanasında yeni doğulan əkizlərdən biri ölüb

11:58 - 24 Sentyabr 2022 - HADİSƏ

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan əkiz körpələrdən biri ölüb.

Rayonun Hapıtlı kənd sakini Mərdanova Günel Nizami qızının sentyabrın 17-də xəstəxanada dünyaya gətirdiyi əkiz oğlan uşaqlarından biri olan Məmmədov Elvin Vilayət oğlu sentyabrın 23-də vəfat edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Xəbər xətti