Lənkəranda məktəbli qız itkin düşdü - Foto

00:14 - 24 Sentyabr 2022 - HADİSƏ

Lənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Xəbər xətti