Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Ucnoqta.az-a bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.