Xalq artisti Nazpəri Dostəliyeva "Özəl" proqramına qonaq olub.
Müğənni verilişdə şəxsi həyatı ilə bağlı bəzi açıqlamalar verib.
Belə ki, keçmiş həyat yoldaşını xatırlayan Nazpəri ayrılan zaman yaşadığı çətinliklərdən bəhs edib:
"Övladlarımı götürüb evdən çıxandan sonra, həyat yoldaşım evləndi. 10 il birlikdə yaşadıq, iki övladımın atası olub... Tez evləndi. Mən isə evliliyi düşünmədim, 2 oğul böyüdürdüm, övladlarımı düşünürdüm. Pis olurdum, ağlayırdım. Nüsrət Kəsəmənli dedi ki, ağlama, gizlət göz yaşını, görməsin. Mənim "Göz yaşımı görməyəcəksən" mahnım elə yarandı".///unikal