Cavanşir Quliyevə ağır itki

08:49 - 23 Sentyabr 2022 - HADİSƏ

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib.

Ucnoqta.az xəbər verir ki, bəstəkarın Şəkidə yaşayan qardaşı Elşad Quliyev vəfat edib.  

Qeyd edək ki, Cavanşir Quliyev 19 il Şimali Kipr Türk Cümhuriyyətində yaşadıqdan sonra birdəfəlik Azərbaycana köçüb.

Xəbər xətti